Böyük Britaniya kraliçası ikinci Yelizavetaya məxsus olmuş Bentley Mulsanne avtomobili satışa çıxarılmışdır. İki il müddətində kraliçaya xidmət göstərmiş avtomobilin qiyməti 200 min funt-sterlinq (439 min manat) təyin edilmişdir. Bukingem sarayının qarajından olan avtomobilin satışı haqqında elan Britaniyanın «Autotrader» saytında yerləşdirilmişdir. Britaniya kraliçası bu avtomobildən 2012 - 2014-cü illərdə istifadə etmişdir. Bu müddət ərzində avtomobil 9300 kilometr yürüyüş etmişdir.
Bu limuzindən ikinci Yelizavetanın hakimiyyətdə olmağının «brillinat yubileyinə» həsr olunmuş təntənəli mərasimdə və eyni zamanda, kraliçanın baş nazir Devid Kemeronla ilk dəfə görüşmək üçün Dauninq-Stritə yollandığı zaman istifadə edilmişdir. Bentley Mulsanne sedanı 6,75-litrlik iki turboüfürməli səkkiz silindirli mühərriklə və səkkiz pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir. Avtomobilin güc aqreqatı 505 at qüvvəsinə malikdir. Bu avtomobil xüsusi olaraq ikinci Yelizaveta üçün hazırlanmışdır və onun təchizatına 21-düymlük təkər diskləri, açıq-qəhvəyi dərindən və fındıq ağacından istifadə edilməklə hazırlanan salon tərtibatı daxildir.
Avtomobili ingilis istehsalçısının Surrey qraflığında yerləşən Bramli şəhərindəki dileri satışa çıxarmışdır.