Britaniya polisi qayda pozanları təqib etmək üçün yeni patrul avtomobilləri alıblar. Xeyr, bu avtomobillər nə BMW, nə də ki, Mercedes-Benz markasından olan «qaynar» modellər deyil.
«Bobbi»lərin seçimi Skoda Kodiaq RS krossoverləri olub. 240 at qüvvəli 2,0-litrlik biturbodizel mühərrikləri ilə təchiz edilmiş «qaynar» krossover 100 km/saat həddini 7,0 saniyəyə toplayır. Onun maksimal sürəti 220 km/saatdır.
Patrul avtomobillər britaniya polisinə məxsus olan rənglərə, damda quraşdırılan sayrışan işıqlara, həmçinin radiator barmaqlığı, alın və arxa şüşələrnin arxasında quraşdırılmış sayrışan lampalara sahib olub.