M-Sport komandasının uelsli pilotu Elfin Evans Böyük Britaniya Rallisinin ilk günündə liderliyə yüksəlib.

Şeykdaunda yeyin olan Evans cümə günü səhər keçirilən üç xüsusi hissənin ikisində qalib gəlib. Onun ən yaxın təqibçisi olan Ott Tyanak liderdən 6,7 saniyə geridə qalıb. Rallini üçüncü davam etdirən Kris Mik isə artıq Evansa 16 saniyə uduzur. Britaniya Rallisinin qüvvədə olan qalibi Sebastyen Ojye səhər dopuna qədər ikinci yeri tutsa da, XH4-də ehtiyatlı davranmağa üstünlük verib və nəticədə liderə 14,2 saniyə, Tyanaka isə 10 saniyə uduzub.

Səhər seksiyasında Toyota pilotu Yari-Matti Latvala beşinci olub. Onun ardınca isə, Andreas Mikkelsenin başçılığı ilə dörd Hyundai pilotu sıralanıb. Norveçli pilot Tyeri Nevili iki saniyə qabaqlayır.

Sonuncu birinci dop öncəsi nəzarət məntəqəsində geç gəldiyinə görə 10 saniyə cəza alıb. Dani Sordo, Heyden Paddon və Yuho Hanninen ilk onluğu tamamlayırlar.