DMASK komandasının pilotu Elfin Evans Britaniya Rallisinin dünən keçirilmiş şeykdaununda ən sürətli zamana imza atıb.

Bənzər Ford Fiesta WRC avtomobillərində çıxış edən M-Sport komandasının pilotları Sebastyen Ojye və Ott Tyanakdan fərqli olaraq, soyuq və yağmurlu hava üçün nəzərdə tutulan DMASK şinlərini seçmiş Evans 3,3 kilometrlik Clocaenog test xüsusi hissəsini hər kəsdən yeyin qət edib. Şeykdaunda ikinci olan Hyundai pilotu Dani Sordo Evansdan 2,3 saniyə geridə qalıb. Ott Tyanak testləri üçüncü, Toyota pilotu Yari-Matti Latvala isə günü dördüncü  bitirib. İlk beşliyi tamamlayan pilot Hyundai komandasının belçikalı pilotu Tyerri Nevil olub.

Dördqat dünya çempionu və Britaniya Rallisinin qüvvədə olan qalibi Sebastyen Ojye şeykdaunda yeddinci olub.