M-Sport komandasının uelsli pilotu Elfin Evans, şənbə günü səhər keçirilən bölümdə Britanya Rallisindəki üstünlüyünü qoruyub-saxlayıb.
Uelsli inamlı şəkildə dörd xüsusi hissədə qalib gələrək, təqibçisi Tyerri Nevil ilə olan vaxt fərqini 24 saniyədən 49 saniyəyə qədər artırıb. Sebastien Ojyenin başlıca rəqibi olan belçikalı pilot günü dördüncü başlasa da, səhər hissəsinin sonunda Ojye və Tyanakı keçərək ikinci yerə yüksəlib. Hazırda Nevil onları müvafiq olaraq 7,5 və 1,2 saniyə üstələyir.
İlk üçlükdən kənar qalan Ojye daha güclü hücum etməli olduğunu etiraf edib. Digər tərəfdən isə, bonus xüsusi hissəsində Nevil və Tyanak xal qazana bilməyəcəklər ki, bu səbəbdən də tutulu əldə etmək üçün Sebastyenə dördüncülük kifayət edir. İlk beşliyi Toyota komandasının fin pilotu Yari-Matti Latvala tamamlayıb. Fin pilot Kris Mikin problemindən yararlanaraq üstünlük əldə edib. Andreas Mikkelsen isə, səhər dopunda falstarta görə cəza alıb.
Dani Sordo isə, XH11 təkərin deşilməsi ucbatından komanda yoldaşı Heyden Paddonu irəli buraxmalı olub. Onuncu yeri əvvəlki kimi Yuho Hanninen tutur.