M-Sport komandasının fransız pilotu Sebastyen Ojye Britaniya Rallisinin ilk 1,5-kilometrlik xüsusi hissəsindən sonra liderliyi ələ keçirib.

Sebastyen ən yaxın təqibçisi olan Toyota pilotu Yari-Matti Latvalanı 0,4 saniyə qabaqlayır.  Aralıq protokolunda üçüncü yeri Hyundai komandasının belçikalı pilotu Tyerri Nevil və Ojyenin komanda yoldaşı Ott Tyanak bölüşdürürlər. Onlar Sebastyenə 0,6 saniyə uduzurlar. Nəticələr cədvəlində beşinci yeri Hyundai pilotu Andreas Mikkelsen və DMACK pilotu Elfin Evans bölüşdürür.

İlk onluğu Esapekka Lappi, Dani Sordo, Kreq Brin və Yuho Hanninen tamamlayırlar.  Kataloniya Rallisini buraxan Heyden Paddon Hyundai komandasının tərkibində yenidən yer alıb. O, hazırda on birincidir. Xatırladaq ki, Tyanak və Nevili müvafiq olaraq 37 və 38 xal üstələyən Ojye, Britaniya Rallisində çempionluğunu elan etmək imkanına malikdir.