Böyük Britaniya hökuməti kütləvi dinləmələr zamanı bütün yeni tikilən binaları elektromobillər üçün yükləmə stansiyaları ilə təchiz etməyi təklif edib. Bu addım ölkədə elektromobillərin populyarlığını artırmağa xidmət edə bilər.
«Auto Express» nəşrinin bildirdiyinə görə, hazırda hökumət bu məsələnin müsbət və mənfi tərəflərini müzakirə edir və ictimai məsləhətləşmələr də aparır. Əgər bu məsələdə müsbət qərar qəbul edilərsə, böyük binalarda mənzil almaq istəyən şəxslər, yükləmə qurğularının subsidiyalaşdırılmasının hökumət sxemindən istifadə etməyəcəklər. Bu layihənin əsas məqsədi elektrokar və hibridlərin elektriklə yüklənməsini, qadcetlərdə olduğu kimi, maksimal dərəcədə asan etməkdir.
Üstəlik bu addım, Böyük Britaniyanın «Sıfıra doğru yol» strategiyasının bir hissəsidir. Bu strategiya 2040-cı ildə klassik DYM olan avtomobillərdən imtinanı nəzərdə tutur. Britaniya hökuməti bu proqrama 1,5 milyard funt sterlinq xərcləmək niyyətindədir. Qeyd etmək lazımdır ki, təkcə dizel avtomobillərinin zərərli tullatılarının azaldılması işlərinə 355 milyon funt sterlinq ayrılıb.