Britaniyalı klassik avtomobillər satıcı olan Tom Hartley Jnr satışa McLaren F1 superkarını çıxarıb. Zavod qablaşdırmasında olan avtomobili 20 il ərzində idarəedilən iqlim şəraitinin olduğu yerdə saxlanılımışdır.

Superkarın odometrində 239 kilometr yürüş göstəricisi vardır. Satıcı avtomobilin qiyməti barədə heç bir məlumat verməyib. Satışa çıxarılan avtomobil 1990-cı ildə təklif edilən zavod aksessuarlarının tam dəsti ilə təklif edilir. Söhbət, qızıl suyuna çəkilmiş titandan olan alətlərdən, həmçinin avtomobilin şassi nömrəsi və onun yaradıcısı Qordon Marrinin imzası həkk edilmiş TAG Heuer qol saatından gedir. 1+2 oturuş formuluna malik olan superkarı 1992-ci ildə təqdim etmişdirlər.

Bu avtomobildə sürücü ortada, iki sərnişin isə onun ətrafında əyləşirdi. Avtomobilin konstruksiyasında karbondan, alüminiumdan və titandan istifadə edilib. Superkar BMW şirkətinin istehsalı olan 6,1-litrlik V12 mühərriki ilə təchiz edilirdi. 627 at qüvvəsi hasil edən mühərrik xüsusi olaraq supercar üçün hazırlanmış altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışırdı. McLaren F1 yerindən 100 km/saat həddinə kimi 3,2 saniyəyə sürətlənirdi. Onun maksimal sürəti 372 km/saat idi.

 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt