Böyük Britaniyada fəaliyyət göstərən Urban Automotive atelyesi yeni nəsil Mercedes-AMG G63 ofrouderi üçün hazırladığı tüninq proqramını təqdim edib. Ofrouder karbondan hazırlanmış kuzov dəstinə və 710 at qüvvəli güc aqreqatına sahib olub.
Ofrouder genişləndirilmiş təkər tağları, yeni ön bamper, spoyler, arxa diffuzor və damda quraşdırılmış əlavə işıqlandırma ilə təchiz edilib. Ehtiyat təkərinin örtüyü də daxil olmaqla, kuzov detallarının əksər hissəsi karbonplastikdən hazırlanıb. Əlavə olaraq, ofrouder 23-düymlük təkər disklərinə, yenidən tənzimlənmiş asqıya və tənzimlənən klapanları olan buraxılış sisteminə malik olub.
"Bərkgedən" ofrouderin 4,0-litrlik iki turbokompressorlu V8 mühərrikinin gücü 585-dən 710 at qüvvəsinə qədər artırılıb. Tüninq keçmiş ofrouder 100 km/saat həddinə standart modeldən 0,5 saniyə yeyin sürətlənir. Xatırladaq ki, Mercedes-AMG G63 ilk "yüzlüyü" toplamağa 4,5 saniyə sərf edir.