İtalyan istehsalı olan bir sıra avtomobillərin məyusedici xüsusiyyətlərindən olan çoxsaylı nasalıq halları barədə artıq dəfələrlə eşitmişik. Lakin, bunun yenicə konveyerdən çıxmış Alfa Romeo Giulia modelinə aid olması bir qədər təəccübləndirməyə bilməz. Britaniyanın Driving dərgisinin jurnaistləri Giulia modelini kefiyyətsilikdə ittiham etmişdirlər. Məşhur Top Gear dərgisinin yaydığı məlumata əsasən, jurnalistlərin narazılıqlarına səbəb, testlər zamanı dörd yeni Giulia avtomobilində aşkar edilmiş müxtəlif xarakterli nasazlıqlar olmuşdur.
İlk avtomobildə aşkar edilmiş nasazlıqları jurnalistlər fövqalədə səviyyədə olduğunu bildirmişdirlər. Bir sözlə aşkarlanan xəstəliklər təcili yardım maşını çağırmağı tələb edir. Multimedia sisteminin donması və sonradan tamamilə qapanması nəticəsində «Culiya» hərəkətsiz qalmışdır.
İkinci avtomobildə test yürüşü zamanı mühərrikin nasaz olmasını bildirən xəbərdarlıq lampası işə düşümüş, üçüncü avtomobildə isə parktronik sistemi xarab olmuşdur. Beləliklə də, jurnalistlər bütün yol boyu sıradan çıxmış parktronikin səsini dinlənilmək məcburiyyətində qalmışdırlar.
Dördüncü avtomobildə olan nasazlıq klimat-kontrol sistemi ilə bağlı olmuşdur ki, sistem rejimdən aslı olmayaraq hava kütləsini kefi istədiyi kimi bölüşdürmüşdür. Bundan əlavə, bu avtomobildə də multimedia sistemi donmuşdur ki, jrnalistlər avtomobili bir neçə dəfə saxlayaraq sistemi yenidən işə salmalı olmuşdurlar.
Maraqlıdır ki, jurnalistlərə Alfa Romeo nümayəndəliyinin şefi olan Harald Vesterin izahatını dinləmək də müəssər olmuşdur. Top-menecer avtomobillərin çoxlu sayda kompyüterlə təchiz edildiyini bildirərək, nasazlıqların səbəbini texnikanın mürəkkəbliyində gördüyünü bildirmişdir.