Toyota şirkətinin Britaniya ofisi yenlənmiş Toyota Land Cruiser Prado ofroderinin sadə modifikasiyasını təqdim edib. Utility adını almış modifikasiyanı istehsalçı «işçı at» kimi səciyyələndirib.
Prado modelinin baza variantı Böyük Britaniyada həm üç, həm də beşqapılı versiyalarda təklif ediləcəkdir. LC Prado Utility yalnız bir mühərrik ilə - 177 at qüvvəli 2,8-litrlik dizel aqreqatı ilə təchiz olunacaqdır. Üçqapılı variantda mühərrik mexaniki ötürmələr qutusu ilə, beşqapılı variantda isə həm mexaniki, həm də «avtomat» qutu ilə təchiz ediləcəkdir. Toyota LC Prado Utility modifikasiyasının təchizatına 17-düymlük adi təkər diskləri, açarsız giriş, kruiz-kontrol, kondisioner, eniş və yoxuş köməkçisi, altı dinamiki olan səs sistemi və Bluetooth, beş təhlükəsizlik yastığı və damdakı relinqlər daxil olacaqdır.
Üşqapılı ofroderin qiyməti 32795 funt-sterlinqdən (71464 manat) , beşqapılı modelin isə 34095 funt-sterlinqdən (74297 manat) başlayacaqdır.