Bugatti şirkəti Fransanın Molshaym şəhərindəki zavodunda 300-cü Chiron hiperkarının yığldığını bəyan edib. “Yubiley” hiperkarı, qara Nocturne rənginə boyanmış Pur Sport modifikasiyası olub. Seriya nömrəsi 300 olan modelin kuzovu karbon ilə bolluca bəzədilib - bu matrerialı şüşəsilənlərin qollarında, yan güzgü gövdələrində, ön və arxa bamperlərdə, eləcə də iri qanadda görə bilərsizniz.
Hiperkarın interyeri qara dəri və alkantara ilə üzlənib. Chiron modelinin bütün versiyalarının ümumi tirajı 500 nüsxə olacaqddır. Xatırladaq ki, hiperkarın buraxılışına 2016-cı ildə başlanıb. Beləliklə, daha 200 Bugatti hiperkarını yığmaq qalır.
Maksimal sürətə deyil, idarəetmə xüsusiyyətlərinə üstünlük verən şəxslərə yönəldilmiş Pur Sport modifikasiyasına gəldikdə, onun istehsalı 60 nüsxə ilə məhdudlaşır. Hər bir hiperkarın qiyməti 3.2 milyon avro təşkil edir.
“Dayver” kupesi əsas versiyadan 50 kiloqram azaldılmış çəkisi və 350 km/saatda məhddudlaşdırılmış maksimal sürəti ilə fərqlənir. Bununla birlikdə, Pur Sport modeli transmiissiyanın fərqli öürmə nisbətləri sayəsində “adi” Chiron modeelindən bir qədər daha yayindir: hiperkar 100 km/saat həddinə 2,3 saniyəyə sürətlənir.