Hiperkarlar istehsalçısı olan Bugatti şirkəti alman PG firması ilə birlikdə karbondan velosiped hazırlamışdırlar. Velosiped 667 nüsxəlik tirajla buraxılacaq və onların hər biri 39 min avroya satılacaqdır.
Bugatti şirkətinin nümayəndələri söylədiklərinə görə, bu velosiped «dünyada olan ən yüngül xüsusi velosipeddir». O, 95 fazi karbon lifindən hazırlanmışdır və beş kiloqram çəkiyə malikdir. Bundan başqa, velosiped üçün onun yüksək sürətli aerodinamikasına uyğun olan sükanın xüsusi amortizatoru hazırlanmışdır.
Bir müddət bundan əvvəl Bugatti şirkəti Palmer Johnson tərsanəsi ilə birlikdə Niniette 66 idman yaxtasını işləyib hazırlamışdırlar. İyirmi metr uzunluğu olan qayıq Bugatti Chiron hiperkarının dizayn ülibinda görünüşə malikdir. Qayıq 44 dəniz mili (80 km/saatdan yuxarı) sürətə malikdir.