Bugatti Chiron hiperkarının modifikasiyası və xüsusi versiyalarının sayı qibtə ediləcək sürət ilə artır: hiperkarın tirajı cəmi 500 nüsxədən ibarətdir, lakin şirkət Chiron modeli ətrafında cərəyan edən ehtirasları körükləməyə davam edir. Bu günlərdə fransız markasının model xəttinə Bugatti şirkətinin aviasiya ilə əlaqəsini xatırlatmağa xidmət edən Chiron Sport Les Légendes du Ciel versiyası qatılıb. Həqiqətən, iyirminci əsrin əvvəllərində Bugatti avtomobillərin çıxış edən bir çox yarışçı, eyni zamanda təyyarə pilotu olub.
Yeni versiyanın əsasını dəyişdirilmiş asqı və sükan tənzimləmələrinə, yüngül təkərlərə, karbon lifindən hazırlanmış komponentlərə, dəyişdirilmiş arxa bamperə və iki trapezoidal çıxış borusu əvəzinə dörd yuvarlaq boruya malik olan Chiron Sport hiperkarı təşkil edir. Yeni versiyanı kuzovun uzunluğu boyu uzanan geniş ağ zolaq, radiator barmaqlığının xüsusi dizaynı və kandarlardakı fransız bayrağının rənglərinə boyanmış hissələr sayəsində ayırd etmək olar.
Bundan əlavə, ön danadlarda, oturacaq başlıqlarında və mərkəzi konsolda pərli vintlər olan loqotiplər mövcuddur. Kandarlarda modelin adı ilə stilizə edilmiş yazılar, qapı panellərində isə klassik Bugatti Type 13 modelinin ardınca uçan Nieuport 17 döyüş təyyarəsinin əl ilə çəkilmiş şəkilləri peyda olub. Alüminium dekora malik olan salon açıq-qəhvəyi dəri ilə üzlənmişdir. Əlavə ödəniş ilə, xüsusi rahat oturacaqları və damdakı şüşə seksiyaları sifariş etmək olar.
Texniki baxımdan Chiron Sport Les Légendes du Ciel modeli orijinal hiperkarla tamamilə eynidir: hiperkar 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən 8,0-litrlik dörd turbokompressorlu W16 mühərriki, yeddi pilləli preselektiv “robot” və tam ötürmə sistemi ilə təchiz edilir. Aviatorlara həsr edilən Bugatti hiperkarı 20 nüsxəlik məhdud saylı tirajla istehsal edəcəkdır. Hiperkarın başlanğıc qiyməti vergilər istisna olmaqla 2.88 milyon avro təşkil edir.