Bugatti şirkəti tarixi Type 35 yarış avtomobilinin 3:4 miqyasıda surəti olan Baby II modelinin müştərilərə çatdırılmasının başlandığını bildirib. Uşaqlar və ya gənclər tərəfindən idarə oluna bilən avtomobillərin inşasına fransız markasının ortağı olan İngiltərənin The Little Car Company firması cavabdehdir.
İlk Baby II avtomobillərdən biri Bugatti şirkətinin Dubayda yaşayan çoxdankı müştərisinə göndərilib. Vitesse versiyasında olan rodsterin karbondan hazırlanmış kuzovu xüsusi narıncı Jetex Orange rənginə boyanıb və güclü LED fənərləri, əyləc işıqları və qanadları olan Touring paketi ilə təchiz edilib. Oturacaqlar premium dəri ilə üzləniblər.
Bugatti şirkəti bu avtomobildən Əl Məktum hava limanının VIP terminalında sərnişinlərin transferi üçün istifadə ediləcəyini bildirib.
Digər Baby II modeli, artıq qarajında Bugatti 35 A Type yarış avtomobili, orijinal Baby modeli və müharibədən əvvəl inşa edilmiş bir neçə Bugatti modeli olan belçikalı kolleksiyaçıya təhvil verilib. Söhbət, əllə hazırlanmış alüminium kuzovu olan Pur Sang top versiyasından gedir. Bu nüsxə qara rəngə boyanıb.
Xatırladaq ki, uşaq avtomobilinin müasir təfsiri arxa oxda quraşdırılmış elektromotor, dəyişdirilən litium-ion batareyası və rekuperasiya sistemi ilə quraşdırılır. Modelin güc qurğusu üç rejimə malikdir: “uşaq” rejimində qurğunun gücü 1,36 at qüvvəsi, maksimal sürət həddi isə 20 km/saatla məhdudlaşdırılır.
“Böyük” rejimində mühərrik 5,5 at qüvvəsi hasil edir, maksimal sürət həddi isə 45 km/saatdır. “Profilər” üçün Veyron və Chiron modellərində olduğu kimi Speed Key nəzərdə tutulub ki, bu halda mühərrikin gücü 13,6 at qüvvəsi təşkil edir. Maksimal sürət həddi isə, ümumiyyətlə ləğv edilir.
Avtomobilcik tarixi “vuatyüretin” sükan və təkər disklərinin surəti, alüminium cihazlar paneli, dəri oturacaqlar, litium-ion batareyaları və rekuperasiya sistemi olan etibarlı əyləclər ilə təchiz edəcəkdirlər. Bundan başqa, avtomobilcikdə gümüşdən düzəldilmiş 50 qramlıq Bugatti emblemi və markanın 100 illik yubileyinə həsr edilmiş nişan quraşdırılacaqdır.
Uşaq modelinin satış qiyməti 30 min avrodur. Lakin, daha bahalı təchizat səviyyəsini götürərək onu təklif edilən opsiyalar ilə təchiz etdikdə, avtomobilin qiyməti iki dəfə arta bilər. Cəmi 500 ədəd Baby II modelinin buraxılması nəzərdə tutulub.