Bugatti şirkəti Chiron hiperkarının yeni modifikasiyasının təsvir edildiyi videoçarxı yayıb. Gələn həftə Cenevrə avtosalonunda debüt edəcək hiperkarın Super Sport adlandırılacağı ehtimal edilir. Böyük ehtimalla, yeni modifikasiya 3D printerində çap edilən titandan hazırlanmış əyləc supportlarına və gücü artırılmış mühərrikə sahib olacaqdır.
Bugatti Chiron hiperkarı tam ötürməli çəkiş sistemi, 1500 at qüvvəli səkkiz litrlik W16 turbomühərriki və yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Chiron 100 km/saat sürətini 2,5 saniyəyə toplayır. 200 km/saat sürətini hiperkar 6,5 saniyəyə, 300 km/saat sürətini isə 13,6 saniyəyə toplayır.
Bugatti Chiron modelinin maksimal sürəti 420 km/saat təşkil edir ki, bu sürəti yığmaq üçün isə xüsusi açara ehtiyac vardır. Paultan saytının verdiyi məlumatda Bugatti Chiron Super Sport hiperkarının 1700 at qüvvəsi hasil edən mühərriklə təchiz ediləcəyi bildirilib. Videoçarx