«Car Throttle» dərgisinin jurnalisti Aleks Kersten dünyada Bugatti Chiron hiperkarının sərnişin oturacağında Nürburqrinq trekinin «Şimal ilgəyində» qət etmiş ilk insan olmuşdur. Avtomobilin sükanı arxasında isə, Bugatti və Bentley şirkətlərinin rəhbəri Volfqanq Dürhaymer olmuşdur. Bugatti Chiron hiperkarı 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı olan 8,0-litrlik W16 mühərriki ilə təchiz edilir. Bugatti Chiron yerindən 100 km/saat həddinə kimi 2,5 saniyəyə sürətlənir.Avtomobil 200 km/saat həddinə çatmaq üçün 6,5 saniyə, 300 km/saat həddi üçün isə 13,9 saniyə sərf edir. Avtomobilin maksimal sürəti 420 km/saat həddində məhdudlaşdırılmışdır. 

Adi rejimdə Bugatti Chiron 385 kilometr saata qədər sürətlənir. Top Speed rejimi isə, avtomobili 420 kilometr saat həddinə qədər sürətləndirməyə imkan verir. Bu rejimi aktiv etmək üçün xüsusi açara ehtiyac vardır.

Dürhaymerin sözlərinə görə, 2018-ci ildə Bugatti şirkəti Ginnessin rekordlar kitabının nümayəndələri ilə birlikdə Chiron hiperkarını maksimal sürətini qeydə almağa hazırlaşır.

Bugatti şirkəti 500 ədəd Chiron hiperkarını istehsal edəcəyini bəyan etmişdir. Avtomobilin minimal qiyməti 2,4 milyon avro təyin edilmişdir.