Bugatti şirkəti Chiron hiperkarının Ettore Buqattinin böyük qızı Ebeyə həsr olunmuş eksklüziv L'Ébé adlı versiyası barədə təfərrüatları açıqlayıb. Artıq xəbər verdiyimiz kimi, xüsusi versiya üç nüsxədə buraxılacaqdır. Avtomobillər tünd göy rəngli karbon liflindən hazırlanmış kuzova, 24 karatlıq qızıl dekora və hazırlanmasına beş il sərf ediən qızılı Macaron loqotipinə malikdir. Detal əl işidir vəonun hazırlanmasına on saat sərf olunub.

Qızılla bəzədilmiş oval formalı Macaron loqotipi beş il ərzində Bavariyanın Poellath GmbH & Co KG naxış basma emalatxanası ilə əməkdaşlıqda hazırlanıb. Mütəxəssislər mükəmməl nüsxəni əldə etməzdən əvvəl, yumşaq qiymətli materialla laboratoriya sınaqlarını və təcrübələrini aparıblar. Chiron L'Ébé hiperkarının emblemi adi Chiron modelinin nikel tozu ilə örtülmüş gümüşdən hazırlanan emblemindən elə də fərqi olmasa, Bugatti onu yeni emblem kimi səciyyələndirir.

Loqotip 3-4 mikrometr qalınlığında 24 karatlıq qızıl təbəqə ilə örtülmüşdür. Təbəqə əl ilə vurulur və sonra güzgü effektinə qədər cilalanır. Bütün əməliyyatlar əsasən əl ilə həyata keçirilir, ona görə də bir loqotipin istehsalına 10 saat sərf edilir. Qızılla həmçinin barmaqlığın çərçivəsi, kapot və EB monoqramlarını örtülmüşdür. Metalın gözəlliyini vurğulamaq üçün Bugatti hətta qoruyucu lakın istifadəsindən imtina edib. Xüsusi nəşrin leytmotivi: Ebe Buqattinin sevimli Art Deco üslubudur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən L'Ébé standart Chiron hiperkarından heç də fərqlənmir: o, 1500 at qüvvəsi hasil edən dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki ilə təchiz edilib. Keçən ilin payızında Bugatti “adi” Chiron modelinin 500 nüsxə ilə məhdudlaşan bütün tirajının satıldığını və onun debütündən 5 il sonra istehsalını başa çatdırdığını bildirib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.