Bugatti şirkəti gələn il keçiriləcək cenevrə avtosalonunda Chiron hiperkarının ekstremal variantını göstərməyi planlaşdırıb. Böyük ehtimalla bu Super Sport modifikasiyası olacaqdır. Yeni ekstremal hiperkarın eskizləri Divo modelinin təqdimatı zamanı potensial müştərilərə nümayiş etdirilib.
TheSupercarBlog saytının məlumatlarına görə, istehsalçı hiperkarı sütətin gözəlliyi və idarəedilən yer-yer raketi kimi səciyyələndirib. Ekstremal Bugatti Chiron adi modifikasiyada olduğu kimi 8,0-litrlik W16 mühərriki ilə hərəkətə gələcəkdir. Lakin, bu güc aqreqatının hasilatı da çox olacaqdır. Ekstremal hiperkarın tirajı 20-40 nüsxə arasında olacaqdır.
Chiron hiperkarının növbəti modifikasiyası ilə yanaşı Bugatti model xəttində krossover də peyda ola bilər. Bugatti rəhbərliyi regional tələbatı, qiymət və üstünlükləri nəzərə alaraq kuzov variantları üzərində seçim aparacaqdır.