Bu günlərdə CNET nəşri Bugatti Chiron hiperkarının eksteryerinin dizaynının ilk variantlarından birinin fotoşəklini dərc etmişdir. Bu modelin zahiri görkəmi üzərində rus dizayneri Saşa Selipanov çalışmışdır. Volkswagen konserninin dizayn bölümündə 10 il işləyən Selipanov, Lamborghini Huracan modelinin üzərində işləməkdən başqa, Bugatti markasının eksteryer üzrə baş dizayneri vəzifəsində çalışmışdır.

Layihə üzrə işin gedişatında Chiron modelinin ön hissəsinin dizaynı aqressivliyini itirmiş, hava girişlərində “gizlədilən” iri fənərlər səkkiiz işıqdiodlarından olan elementlərlə əvəz edilmişdir.  Avtomobilin yan və arxa hissələri minimal dəyişikliklərə məruz qalmışdır. Bildiyimiz kimi, Bugatti Chiron modeli bu ilin fevralında debüt etmişdir. Hiperkar 1500 at qüvvəsinə malik olan səkkiz litrlik W16 turbimühərrikini və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusunu əldə etmişdir. Yerindən 100 km/saat həddinə avtomobil 2,5 saniyəyə sürətlənir. 200 km/saat həddinə çatmağa hiperkara 6,5 saniyə, 300 km/saat həddinə isə 13,6 saniyə tələb olunur.

Bugatti Chiron modelinin maksimal sürəti 420 km/saat təşkil edir ki, bu sürəti yığmaq üçün isə xüsusi açara ehtiyac vardır.  Hiperkarın spidometri 500 km/saat həddinə kimi işarələnmişdir. “Şiron” modelindən cəmi 500 ədəd  istehsal ediləcəkdir. Hiperkarın minimal qiyməti 2,4 milyon avro təşkil edir.