Bugatti Chiron Super Sport 300+ avtomobilinin 3,5 milyon avro dəyərində olan sonuncu nüsxəsi sahibinə təhvil verilib. Bununla da, 2019-cu ildə 490,484 km/saata (yəni 300+ mil/saat) sürətlənən ən yeyin Bugatti modelinin istehsalı başa çatıb. “Bərkgedən” versiyanın tirajı 30 nüsxə ilə məhdudlaşdırılıb. Bu il fransız markası Chiron hiperkarı tam şəkildə vidalaşacaqdır – ilin sonuna qədər yanvar ayında satın alınmış qalan 80 hiperkar müştərilərə təhvil veriləcəkdir.

Bugatti Super Sport 300+ hiperkarının buraxılacağı barədə bəyanat 2019-cu ilin sentyabr ayında verilib. Seriya hiperkarı sürət rekorduna imza atmış prototipin qeydə aldığı nəticənin şərəfinə adlandırılıb. 30 nüsxədə buraxılan hiperkarın ilk səkkiz nüsxəsi 2021-ci ildə yığılıb. Hiperkar gücü 1500-dən 1600 at qüvvəsinə qədər artırılmış dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki ilə təchiz edilir. Super Sport 300+ versiyasının maksimal sürəti 442 km/saat həddində məhdudlaşdırılıb.

Super Sport 300+ modeli maqnezium ərintisindən hazırlanmış yüngül diskləri, daha uzun arxa hissəni, buraxılış sisteminin qabağa çıxan boru ucluqlarını və aerodinamik cəhətdən dəyişdirilmiş ön bamperi alıb. Chiron Super Sport 300+ modeli standart olaraq təhlükəsizlik qəfəsi və tək oturacaqla təchiz edilirdi, lakin müştərinin ənənəvi interyeri də sifariş etmək imkanı mövcud idi.

Chiron hiperkarının 500 nüsxədən ibarət olan tirajı artıq satın alınıb, Veyron hiperkarının varisinin son nüsxələri yanvar ayında satılıblar. 2022-ci ilin sonuna qədər Bugatti qalan 80 avtomobili müştərilərə təhvil verməlidir. Onu əvəz edəcək modelin 2024-cü ildə debüt edəcəyi gözlənilir: o, hibrid güc qurğusu ilə hərəkətə gələn və Rimac-Bugatti birgə müəssisə tərəfindən yaradılmış hiperkar olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.