Bugatti şirkəti Chiron Super Sport 300+ hiperkarlarının ilk səkkiz nüsxəsinin müştərilərə göndərilməyə hazır olduğunu bildirib. Ümumilikdə, hər birinin qiyməti 3,5 milyon avro olan 30 ədəd belə hiperkarın buraxılması nəzərdə tutulub. Avtomobil istehsalçısı son 24 ayı hiperkarın tənzimlənmələrinə həsr edib. Belə ki, müştəri avtomobillərində maksimal sürət həddini 442 km/saat həddində məhdudlaşdırıblar.
2019-cu ildə Chiron Super Sport 300+ hiperkarı dünya sürət rekordunu qeydə alıb - hiperkar 490, 484 km/saatt həddinə sürətlənib.
Xatırladaq ki, Chiron Super Sport 300+ modelinin qiyməti 3,5 milyon avro təşkil edir. Seriya hiperkarı rekord avtomobilinin 1600 at qüvvəli 8,0-litrlik W16 mühərrikini, maqnuzium ərintisindən hazırlanmış disklərini və xüsusi olaraq maksimal sürətin əldə edilməsi üçün hesablanmış aerodinamikanı qoruyub-saxlayıbdır. Məlum olduğu kimi, rekord hiperkarı 25 santimetr uzadılmış arxa hissəyə, başqa səsboğucu sistemə, təkmilləşdirilmiş ön bamperə, iri diffuzora və mühərrik bölümünün modernləşdirilmiş soyutma sisteminə sahib olub.
Bundan başqa, hiperkarın standart təchizatına təhlükəsizlik karkası və yeganə sürücü oturacağı daxil edilmişdir. Sifarişçinin arzusu ilə, Bugatti karkası çıxararaq əlavə oturacağı quraşdıra bilər. Müştəri kuzovun rəng sxemini də seçə bilər.