Bugatti şirkəti Divo hiperkarının sonuncu qırxıncı nüsxəsini nümayiş etdirib. Sonuncu hiperkar fransız markasının Avropada yaşayan naməlum müştərisinə göndərilib. Qeyd etmək gərəkdir ki, bu layihə, XXI əsrdə Bugatti şirkətinin o zamankı rəhbəri Stefan Vinkelmann tərəfindən irəli sürülmüş ilk “kouçbildinq” layihəsi idi. Fransız markasının irsindən ilham alan top menecer, xüsusi sifarişlər ilə kuzov inşası ənənəsini yenidən bərpa etmək qərarına gəlib və bu məqsədlə diler və müştərilərə müraciət edib.

2018-ci ilin yazında keçirilən bağlı tədbirdə seçilmiş müştərilərə, zavod pilotu Alberto Divonun şərəfinə adlandırılmış Bugatti Divo hiperkarı nümayiş etdirilib. Müştərilərin reaksiyası gözlənilməz olub: bir həftə ərzində hiperkarın bütün tirajı satılıb. Bugatti Divo modelinin təqdimatı isə, 2018-ci ilin avqustunda Pebbl-Biçdə keçirilən Zəriflik müsabiqəsində baş tutub.

Hər bir Divo modeli ona məxsus olan unikal dizayna malikdir. Bu səbəbdən də avtomobillərin müştərilərə çatdırılmasına bir il bundan öncə başlanılıb. Məsələn, son avtomobilin tərtibatında göy rəngin ən azı dörd çalarından (Bugatti EB 110 LM Blue və Blue Carbon kuzov üçün, French Racing Blue və Deep Blue salon üçün) istifadə olunub. Bundan başqa, salonda boz rəngli karbondan işləmələr mövcuddur, hiperkarin diskləri isə tutqun qızıl rənginə boyanıblar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qeyd etmək lazımdır ki, təqdim olunan zaman Divo ən bahalı Bugatti avtomobili hesab edilirdi. Məhdud sayda buraxılacaq hiperkar üçün 5 milyon avro tələb olunurdu. Bir müddət sonra ,Chiron modelinin aqreqatlarında inşa edilmiş və klassik EB110 Super Sport üslubunda dizayna malik olan Bugatti Centodieci modeli üçün isə, artıq 8 milyon avro istənilirdi. Bu hiperkarın tirajı 10 nüsxə ilə məhdudlaşdırılmışdı. Əlbəttə ki, 11 milyon avroluq qiymətə malik olan və yeganə nüsxədə buraxılmış La Voiture Noire hiperkarını da yaddan çıxarmaq olmaz.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.