Tarixi Bugatti EB110 SS modelinin şərəfinə buraxılacaq məhdud saylı seriyadan olan hiperkar fransız markasının tarixindəki ən güclü avtomobil olacaqdır. Tirajı 10 nüsxədən çox olmayan hiperkar Pebbl-Bişdə keçiriləcək Zəriflik müsabiqəsi zamanı təqdim ediləcəkdir.
Yeni hiperkar haqqında məlumat azdır. Artıq İnternet şəbəkəsində hiperkarın olduğu ehtimal edilən eskizlər də peyda olubdur. Həmçinin yeni hiperkarı fransız markasının test pilotu Loris Bikokkiyə həsr edilmiş videçarxda da görmək olar.
Hiperkarın eskizini Auto Motor und Sport nəşri dərc edib. Dərgi eskizin tədbir iştirakçılarına göndərilən dəvətnaməyə əlavə edildiyini bildirib. Yeni hiperkar barədə məlumat verilməyib. Böyük ehtimalla, bu hiperkar Chiron modelinin bazasında hazırlanacaqdır. Yeni model nalşəkilli radiator barmaqlığına və ön tərəflərdəki S-şəkilli kəsiklərə malik olacaqdır. Çox güman ki, bu kəsiklərdə LED fənərlər yerləşdiriləcəkdir. Eskizdə iri antiqanad da nəzərə çarpır.