Chiron modelinə əsasında yaradılan və fransız yarışçı Albert Divonun adını daşıyan Bugatti Divo kupesi 2018-ci ilin yayında təqdim edilib. Hiperkarın 40 nüsxədən ibarət olan bütün tirajı öz müştərisini tapmışdı. Ancaq bu yalnız başlanğıc idi. Avtomobillərin təchizatı barədə razılığa gəlmək və onları yığmaq iki il çəkib: Bugatti Divo hiperkarının ilk əmtəə variantı yalnız 2020-ci ilin avqust ayında müştərilərə təhvil verilib!
Bu gün fransız istehsalçısı nüsxələrdən biri barədə ətraflı danışmağa qərar verib, çünki Bugatti mütəxəssisləri onun üzərində uzun müddət işləməli olublar.
Şəkillərdəki avtomobil Bugatti Divo Lady Bug, yəni “uğur böcəyi” adlandırılıb. Bu avtomobil ABŞ-da yaşayan və adının açıqlanmasını istəməyən kolleksiyaçı tərəfindən sifariş edilib. Sifarişçi avtomobilin dizaynının dəyişdirməsini istəməyib, yəni kuzov üzərindəki əlavə işlər sifariş edilməyib. Bununla birlikdə, şirkət xüsusi rəngləməyə iki il yarım vaxt sərf edib!
Yalnız qrafika və rənglənmənin yaradılmasına 18 ay sərf edilib: müştəri çox tələbkar olub və uzun müddət Bugatti mütəxəssislərindən kuzovun mürəkkəb plastikasına ideal şəkildə uyğun olan nəticəni istəyib. Nəticədə,vşirkət palitrasında qrafit çaları ilə birlikdə istifadə edilən yeni bir rəng - Customer Special Red boyası meydana çıxıb. Yan tərəflərdəki ziddiyyətli rombşəkilli hüceyrələri əldə etmək üçün, şirkət örtükdən istifadə edib - üstəlik, hüceyrələrin orijinal örtükdəki (ümumilikdə təxminən 1600 ədəd) düzgün düzülüşünü ilk dəfədən əldə etmək mümkün olmayıb.
Korporativ əfsanəyə görə, Bugatti mütəxəssisləri artıq işin alınacağına ümidlərini itirdiklərini və müştəriyə arzusunun həyata keçirilə bilməyəcəyini söyləməyə hazır olduqlarını an, vəzifəni sonuna qədər yerinə yetirməyə qərar veriblər. Lady Bug tamamilə hazırdır, artıq müştəriyə təhvil verilib və 40 nüsxədən ibarət olan sonuncu avtomobillərdən biridir.
Xatırladaq ki, Bugatti Divo hiperkarı 1500 at qüvvəli 8,0-litrlik W16 dördturbokompressorlu mühərriklə təchiz olunur. Hiperkarın maksimal sürəti 380 km/saatdır. Bugatti Divo modelinin başlanğıc qiyməti beş milyon avrodur. Növbəti bir neçə ay ərzndə qalan bütün Divo modelləri sifarişçilərə təhvil veriləcəkdir.