Bugatti şirkəti Sur Mesure fərdiləşdirmə proqramı çərçivəsində hazırlanmış iki unikal Chiron hiperkarını nümayiş etdirib. Hər iki avtomobildə Vagues de Lumière (fransızca - işıq dalğaları) adlı ümumi dizayn mövzusundan istifadə olunub.

Bu, kuzov panellərində işığın əks olunması illüziyasını yaradan xüsusi lak-boya örtüyüdür. Bu boyanma sxemlərinin yaradılması prosesi təxminən beş həftə çəkir və avtomobillər əvvəlcədən hazırlanmış ikiölçülü şablonlara uyğun olaraq əl ilə, bir neçə təbəqədə rənglənirlər.

Bugatti dizaynerləri təkcə brendin keçmişindən deyil, həmçinin gündəlik əşyalardan da ilham alırlar. Məsələn, onları kuzovun xətlərindəki işıq-kölgə oyunu cəlb edir – üstəlik, hiperkarın Molsheimdəki keyfiyyətə nəzarət xəttində parlaq lampaları və ya dəniz sahildə batan günəşin şüaları altında dayanmasının heç bir fərqi yoxdur.

Bu nümunələrdən referens kimi istifadə edən Sur Mesure fərdiləşdirmə şöbəsi xüsusi Vagues de Lumière boyama texnikasını yaradıb. O, təkcə əksolunma illüziyası yaratmır, həm də hər bir avtomobili özünəməxsus şəkildə unikal edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu üslubda hazırlanmış ilk avtomobillərdən biri Chiron Super Sport hiperkarı olub. Burada əsas rəng kimi California Blue boyasından istifadə olunur. Enli "vurğular" seçilən narıncı Arancia Mira rəngindən hazırlanıblar. Maqneziumdan hazırlanmış disklər, mühərrik bölməsinin qapağındakı yazılar, radiator barmaqlığındakı “38” rəqəmi və interyerin tərtibatı eyni rəngdədir.

Vagues de Lumière boyanmasına malik olan ikinci hiperkar Chiron Pur Sport modelidir. Avtomobilin kuzovu qara Nocturne rəngində zolaqlarla tamamlanan şəffaf lak qatı ilə örtülmüş mavi karbondan hazırlanıb. Antiqanadın uclarındakı lövhələrə Fransanın dövlət bayrağı çəkilib, salon isə mavi və qara dəri ilə üzlənib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.