Bugatti brendi öz tarixindəki ilk eynək kolleksiyasını nümayiş etdirib. Fransız istehsalçısı Bugatti Eyewear Collection One adlandırılmış kolleksiyanı hazırlamaq üçün, "optik dəb dünyasının azad düşüncəli pioneri" adlandırdığı dizayner Larri Səndsi bu işə cəlb edib.

Bugatti hiperkarlarının həvəskarlarına ünvanlanmış eynəklər, Ettore Buqattinin yaradıcı baxışından ilhamlanaraq yaradılmış doqquz müxtəlif üslubda təqdim olunurlar. Eynəklərin qiyməti 1295 dollardan başlayır və bu, onları brendin ən əlçatan məhsullarından birinə çevirir.

Bugatti şirkətindən Eyewear Collection One kolleksiyasının hazırlanmasında optika sənayedə heç vaxt istifadə olunmayan materiallardan istifadə edildiyini xüsusi ilə vurğulayıblar. Hər bir eynək Yaponiyada, 18 karatlıq qızıl və palladiumla bəzədilmiş 925 əyarlı gümüşdən əl ilə hazırlanır. Aksesuarlar həmçinin karbon lifi və qara Macassar ağacı ilə bəzədilirlər – firma Macaron emblemi ilə birlikdə bütün bunlar Bugatti hiperkarlarına istinaddır.

Eyewear Collection One kolleksiyasının başqa bir xüsusiyyəti PVD metodundan (physical vapor deposition) istifadədir. Prosesdə bərk material vakuumda buxarlanır və bundan sonra məhsulun səthinə çökdürülür. Nəticədə aşınmaya qarşı yüksək müqavimətə malik olan nazik örtük yaranır.

Image alt Image alt Image alt Image alt Image alt

60 ildən artıqdır ki, eynək dizaynı ilə məşğul olan Larri Sands, Bugatti şirkətinin əməkdaşlıq barədə təklifinin onun üçün sürpriz olduğunu söyləyib. “Mənim yaratdığım hər şey qeyri-adidir. Bugatti Eyewear isə,  mənim bu günə olan ən qeyri-adi işlərimdən biridir”, - deyən dizayner kolleksiya barədə öz fikrini bildirib.

Kolleksiyaya 37 aksesuar daxildir. Onların qiyməti 1,295 dollardan başlayır. Eynəyin modelindən və hazırlandığı materiallardan asılı olaraq, bu qiymət 15,000 dollara qədər yüksələ bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.