Bugatti şirkəti yeni hiperkarın yekun tizerini dərc edib. Şirkət avqustun 19-da sirli və hələlik adı açıqlanmayan yeni modelini təqdim etməyə hazırlaşır. Hələlik isə, fransız istehsalçısı yeni hiperkarın mövcud modellərin heç birinin ön və arxa fənərlərinə bənzəməyən işıq texnikasına nəzər salmağı təklif edir.
Ön fənərlərin forması La Voiture Noir hiperkarındakına bənzəsə də, lakin dörd üfüqi zolaqdan ibarət naxışa malikdir. Arxa fənərlər də öz orijinallığı ilə seçilirlər - onlar işıqlanan nöqtəli xətt ilə birləşdirilmiş iki “uzanan” V hərfi şəklində hazırlanıblar. Tizerin başlığında “The last of its kind” (“Öz növünün sonuncusu”) yazılıb ki, bu da elektrik üstqurumu olmayan W16 ilə vidalaşmaya işarə edə bilər.
Bugatti yeni model haqqında heç bir təfərrüatı açıqlamayıb. İmzaya əsasən, Kaliforniyada keçirilən Monterey Car Week tədbirində nümayiş etdiriləcək hiperkar şirkətin son elektrikləşdirilməmiş modeli olmalıdır.
Bugatti əvvəllər W16 mühərrikini 2030-cu ilə qədər istehsal edəcəyinə söz vermişdi, lakin Rimac ilə birlikdə yaradılacaq gələcək hiperkarlarda elektrik mühərrikləri ilə tandemdə işləyən daxili yanma mühərriki quraşdırılacaqdır.
Cümə günü Bugatti Chiron hiperkarının ciddi şəkildə yenidən işlənmiş eksteryeri olan hansısa modifikasiyalarının debüt edəcəyi gözlənilir. Çox güman ki, yeni hiperkarı ən sadiq müştərilər üçün məhdud sayda buraxacaqlar. İnsayder məlumatına görə, yenilik 99 nüsxəlik tirajla buraxılacaq üstü açıq hiperkar ola bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.