Bugatti model xəttini iki avtomobilə qədər artırmaq niyyətindədir. Lakin, ikinci avtomobilin sedan və ya krossover olacağı məlum deyildir. Markanın rəhbəri bu modelin krossover olduğuna işarə etsə də, bu məsələ hələ təsdiqini tapmayıb.
Volkswagen Group konserninin MLB Evo modul platformasında bir neçə krossover inşa edilib. Bunlar, Volkswagen Touareg, Audi Q8, Porsche Cayenne, Bentley Bentayga və Lamborghini Urus modelləridir. Bu platformada Bugatti krossoverinin inşa ediləcəyini güman edirsiniz isə, yanılırsınız.
Bugatti şirkətinin Stefan Vinkelmann Avstraliyanın Car Advice nəşrinə verdiyi müsahibəsində, markanın krossover hazırlaması halında VAG platformasında istifadə edilməyəcəyini bildirib. Krossover üçün Bugatti başqa platforma hazırlayacağını, modelin istehsalını isə Fransada təşkil ediləcəyini söyləyib. Qeyd etmək lazımdır ki, Touareg, Q8 və Cayenne modellərini Bratislavadakı, Bentayga Kryudakı, Urus isə Sant-Aqata-Bolonyezedəki zavodda istehsal edilirlər.
Maraqlıdır ki, Bugatti bu günə qədər ikinci modelin krossover olacağını təsdiqləməyiblər. Lakin, bu modelin krossover olması şansları çoxdur, çünki krossoverlərə olan tələbat da daha böyükdür. Ekoloji standart gəldikdə isə, Bugatti hibrid güc qurğusunu istifadə etməyə hazır olduğunu bildirib. Lakin, bunun üçün yüngül materialların hazırlanması sahəsində irəlii addım atılmalıdır ki, hibrid qurğunun tətbiqi sayəsində artmış 250 kiloqramlıq çəkini kompensasiya etmək mümkün olsun.
Yeni modelin yaradılması haqqında məlumatın bu il fransız markasının 110 illik yubileyinin bayram edilməsi zamanı elan ediləcəyi istisna edilmir. Bundan başqa, 2023-cü ildə üçüncü modelin - elektrik Royal sedanının təqdim ediləcəyi barədə şayiələr peyda olub. Lakin, bu məlumat hələlik təsdiqini tapmayıb.