Bugatti şirkəti La Voiture Noir modelinin tam hazır olan versiyasını nümayiş etdirib. Fransız markası bu layihəyənin başa çatdırılmasına düz iki il vaxt sərf edib. Unikal hiperkarın ilk maketi 2019-cu ildə keçirilən Cenevrə avtosalonunda nümayiş etdirilsə də, istehsalçı hiperkar yalnız indi sahibinə təhvil verməyə hazırdır. Qeyd etmək gərəkdir ki, müştərinin istəkləri o qədər sadə deyildi.
Yeni Bugatti La Voiture Noire hiperkarı Bugatti şirkətinin sahibi Ettore Buqattinin oğlu Jana məxsus olan klassik Bugatti 57SC Atlantic modelinə həsr edilib. Dörd nüsxədə buraxılmış avtomobildən günlərimizə qədər gəlib çıxanı yoxdur.
Qara rəngə boyanan kupe La Voiture Noire, yəni fransızcadan tərcümədə "qara maşın" ləqəbi ilə tanınırdı. Təəssüf ki, II Dünya Müharibəsi zamanı avtomobil iz olmadan yoxa çıxıb: Bugatti şirkətinin yerləşdiyi Elzas alman qoşunlarının işğal etdiyi zaman, kupe Bordoya göndərilsə də, o, təyinat yerinə çatmayıb. Dəyər baxımından "Qara Avtomobil" indi Kəhrəba Otağı ilə müqayisə edilir.
Müasir Bugatti La Voiture Noire modeli Chiron hiperkarına əsaslanır, lakin ciddi şəkildə dəyişdirilmiş kuzova malikdir. Dizaynerlər sifarişçi ilə birlikdə Jan Buqattinin avtomobilinin cizgilərini hiperkarın dizaynında əks etdirməyə çalışıblar.
Avtomobilin ön və arxa hissəsinin tamamilə dəyişdirilmiş və bu səbəbdən də unikal kupe aerodinamik boruda tənizmləmə işlərinin tam dövründən keçmişdir. Çünki La Voiture Noire hiperkarı da donor Chiron modeli kimi 400 km/saat həddini asanlıq yığmalı və eyni zamanda idarəedilən olmalıdır.
"Qara Avtomobilin" xüsusiyyətləri arasında – qalxan orijinal antiqanad, "faset" gündüz hərəkət işıqları (hər birində 29 işıq elementi), həmçinin buraxılış sisteminin altı çıxış borusu var. İnteryerin tərtibatında ağac, alüminium və qəhvəyi dəridən istifadə edilib. Hiperkarın texniki hissəsi dəyişilməz qalıb.
Əvvəlcə elan edildiyi kimi, unikal Bugatti hiperkarı müştəriyə 11 milyon avroya başa gəlib. Məlum məsələdir ki, ikinci belə avtomobil olmayacaqdır.