Bu gün İnternetdə Bugatti şirkətinin sirr kimi saxladığı bir neçə konseptin rəsmi görüntüləri yayımlanıb. 2015-ci ildə hazırlanmış şəkillərdə üç modeli göstərilir: 1500 at qüvvəli öndə yerləşən mühərrikə sahib olan GT Rembrandt, Veyron Barchetta spidsteri və klassik Type 57SC Atlantic modelindən ilhamlanaraq yaradılmış Atlantic kupesi.
Ettore Bugattinin kiçik qardaşı Rembrandtın adını daşıyan Bugatti GT Rembrandt konseptinin 8,0-litrlik W16 mühərriki arxada deyil, ön tərəfdə yerləşirdi. Bəyan olunan güc 1500 at qüvvəsinə bərabər olub. Zahiri cəhətdən, konsept, fransız markasının ən bahalı ən bahalı avtomobili olan La Voiture Noire (11 milyon avro) modelinə bənzəyir. Hər iki hiperkar kuzovboyu uzanan “pipiyə” və arxadakı bölünmüş"pəncərəyə" malikdir.
Bugatti Atlantic kupesi 2015-ci ildə Pebbl Biçdə keçirilən zəriflik müsabiqəsində nümayiş etdirilməli idi. Lakin, səs-küyə səbəb olmuş dizel qalmaqalı Bugatti markasının sahibi olan Volkswagen konserni bir çox layihələrdən imtina etməli olub. Konsept 1934-1940-cı illərdə istehsal olunan klassik Tip 57SC Atlantic modelinin müasir versiyası idi. Atlantic konsepti yuxarı açılan qapılara və çox güman ki, iki turbokompressorlu V8 mühərrikinə sahib olub.
Üçüncü konsept, Bugatti Veyron 16.4 Grand Sport Vitesse hiperkarının ekstremal versiyası olan Veyron Barchetta spidsteridir. Lakin, bu layihənin həyata keçirililməsi mümkün olmayıb.