Yeganə nüsxədə buraxılmış "qara maşın", Bugatti Type 57SC Atlantic modelindən ilham alınaraq yaradılmış yeganə hiperkardır. Bu məşhur və nadir avtomobil yeni bir layihənin ilham mənbəyinə çevrilməyə namizəddir. Bu dəfə fransiz markasının keçmiş dizayneri Etyen Salome Type 57 üslubunda qayıq yaratmaq arzusundadır. Artıq bu layihəni həyata keçirmək üçün Etyen firma da təsis edib. Yeri gəlmişkən, vaxtı ilə Etyen həmin o La Voiture Noire, yəni "qara maşının" üzərində də çalışıbdı.