Bugatti şirkəti 47 ədəd Chiron hiperkarını geri çağırdığı barədə məlumat yayıb. Servis kampaniyasının səbəbi ön öturcağı döşəməyə birləşdirən kronşteynlərin qaynağındakı qüsurudur.
Bugatti şirkəti bu barədə ABŞ-ın Hərəkətin təhlükəsizliyinə nəzarət administrasiyasını (NHTSA) xəbərdar edib. Bundan başqa, istehsalçı Flying Doctors markasının mobil texniki xidmətini bu işə cəlb edərək, ona müştərilərə zəng etməyi və hiperkarları şirkətin yaxında yerləşən texniki xidmət stansiyalarına çatdırmağı həvalə edib. Avtomobil bağlı kuzova malik olan avtomobillərdə nəql ediləcəkdirlər.
Bugatti Chiron hiperkarı keçən ilin fevral ayında debüt etmişdir. Hiperkar tam ötürməli çəkiş sistemi, 1500 at qüvvəli səkkiz litrlik W16 turbomühərriki və yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Chiron 100 km/saat sürətini 2,5 saniyəyə toplayır. 200 km/saat sürətini hiperkar 6,5 saniyəyə, 300 km/saat sürətini isə 13,6 saniyəyə toplayır. Bugatti Chiron modelinin maksimal sürəti 420 km/saat təşkil edir ki, bu sürəti yığmaq üçün isə xüsusi açara ehtiyac vardır.
Hiperkarın spidometri 500 km/saat həddinə kimi işarələnmişdir. “Şiron” modelindən cəmi 500 ədəd istehsal ediləcəkdir. Hiperkarın minimal qiyməti 2,4 milyon avro təşkil edir.