Bugatti şirkəti Cenevrə avtosalonunda Chiron hiperkarının yeni versiyasının təqdimatı keçirəcəkdir. İnsayderlərin bildirdiyinə görə, R indeksinə sahib olacaq hiperkar, sabit şəkildə bərkidilmiş antiqanad ilə təchiz ediləcək və Chiron Sport və Chiron Super Sport 300+ modellərinin arasında yerləşəcəkdir.
İnternetdə yayımlanan fotolarda hiperkar hələlik pərdə ilə örtülbdür. Bununla belə, örtük Chiron üçün xarakterik olan fənərlər üçün kəsiyi və at nalına oxşayan radiator barmaqlığını gizlədə bilmir. Yeni modelin adi hiperkardan əsas fərqi çıxan spoylerin əvəzinə quraşdırılmış sabit arxa antiqanaddır. Çox güman ki, Chiron R daha çox yerəbasma gücü hasil etməlidir ki, bu da əsas diqqətin idarəetmə və maksimum sürətə yönəldiyindən xəbər verir.
Yeni variantın mühərrik barədə məlumat yoxdur. Hiperkarın dörd turbokompressorlu 8.0-litrlik W16 mühərriki ilə hərəkətə gələcəyindən şübhə etməmək olar. Lakin, mühərrikin hasilatı 1500 - 1600 at qüvvəsi arasında dəyişə bilər. Bugatti Chiron modeli yerindən ilk «yüzlüyə» qədər 2.4 saniyəyə sürətlənir və 420 km/saatlıq maksimal sürət həddinə malikdir. Uzun quyruqlu Chiron Super Sport 300+ modelində maksimal sürət həddi 490 km/saatda məhdudlaşdırılıb. Yeni modelin dinamik xarakteristikaları çətin ki fərqli olsun.