Bugatti şirkəti Chiron hiperkarının L'Ébé adlı xüsusi versiyasını nümayiş etdirib. Yeni versiya brendin yaradıcısı Ettore Buqattinin böyük qızı - Ebeyə həsr olunub. Ebenin yazdığı kitab atasının həyatı ilə bağlı bir çox təfərrüatları açıqlayıb. Ebenin sevidiyi Art Deco üslubundan ilhamlanaraq yaradılmış xüsusi hiperkarlar, 1937-ci ildə Le Man yarışında qalib gələn Bugatti Type 57 G Tank modelinə işarə edirlər. L’Ébé modelinin tirajı cəmi üç nüsxədən ibarət olacaq - bir Chiron və iki Chiron Sport. Hiperkarların qiyməti açıqlanmayıb.

Bugatti Chiron L’Ébé modelinin tünd mavi karbon kuzovunun cizgiləri, Bugatti diskləri və nişanları ilə ahəng təşkil edən qızılı xətlərlə vurğulanır. At nalı formasında olan radiator barmaqlığının haşiyəsi, həmçinin səkkiz litrlik W16 mühərrikinin qapağının detalları da eyni rəngə boyanıblar. Antiqanadın alt tərəfində italik hərfləri ilə yazılmış L’Ébé adı gizlənib. Bu adı həmçinin kandar lövhələrinə və oturacaqların kürək hissələrində də görmək olar.

Salon açıq göy-mavi rənglərdə hazırlanıb və qızıl aksentlərdən məhrumdur. Ön qapılar müxtəlif rəng sxemlərində bəzədilib: sürücünün qapısında açıq Silk çalarındakı əsl dəri, sərnişin tərəfində isə əksinə, tünd Like Blue dərisi üstünlük təşkil edir. Daha maraqlı bir detal hər bir qapıdakı ən əhəmiyyətli Bugatti avtomobillərinin təsvirləridir - ilk yarış modellərindən tutmuş müasir hiperkarlara qədər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən L'Ébé standart Chiron hiperkarından heç də fərqlənmir: o, 1500 at qüvvəsi hasil edən dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki ilə təchiz edilib. Keçən ilin payızında Bugatti “adi” Chiron modelinin 500 nüsxə ilə məhdudlaşan bütün tirajının satıldığını və onun debütündən 5 il sonra istehsalını başa çatdırdığını bildirib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.