Cenevrədə keçirilmiş beynəlxalq avtomobil sənayesi sərgisində Bugatti şirkətinin stendi ən yaxşı sərgi meydançası adlandırılmışdır. Son 14 il ərzində bu nominasiyada mükafatı Reklam və ictimayyətlə əlaqələr klubu təqdim edir.
«Münsiflər heyəti Bugatti şirkətinin stendini kiçik ölçülü sahədə yaradılmış effektiv dizayna, stendin hazırlanması kefiyyəti və onların detallaşdırılmasına görə seçmişdirlər», - istehsalçının mətbuat xidmətinin yaydığı məlumatda bildirilmişdir. Bugatti şirkətinin stendində yalnız bir model nümayiş etdirilmişdir ki, bu avtomobil də tüng-göy rəngə boyanmış Chiron hiperkarı olmuşdur. Hiperkar Bugatti şirkətinin istehsal etdiyi ilk müştəri avtomobilidir.
Bugatti Chiron hiperkarı keçən ilin fevral ayında debüt etmişdir. Hiperkar tam ötürməli çəkiş sistemi, 1500 at qüvvəli səkkiz litrlik W16 turbomühərriki və yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Chiron 100 km/saat sürətini 2,5 saniyəyə toplayır. 200 km/saat sürətini hiperkar 6,5 saniyəyə, 300 km/saat sürətini isə 13,6 saniyəyə toplayır. Bugatti Chiron modelinin maksimal sürəti 420 km/saat təşkil edir ki, bu sürəti yığmaq üçün isə xüsusi açara ehtiyac vardır. Hiperkarın spidometri 500 km/saat həddinə kimi işarələnmişdir. “Şiron” modelindən cəmi 500 ədəd istehsal ediləcəkdir. Hiperkarın minimal qiyməti 2,4 milyon avro təşkil edir.
Artıq şirkətdən verilən məlumata görə, buraxılacaq avtomobillərin yarısı satılmışdır.