Bugatti şirkəti qırmızı-ağ rəngli unikal Chiron Pur Sport hiperkarını təqdim edib. Yeganə nüsxədə inşa olunmuş hiperkar Bugatti Sur Mesure zavod fərdiləşdirmə proqramı çərçivəsində hazırlanıb və bu modelin üçüncü nüsxəsidir. Avtomobil Sinqapurdan olan və adının açlıqlanmasını istəməyən şəxsin sifarişi ilə yeganə nüsxədə inşa edilib.

Sifarişçı öz hiperkarını 1931-ci ildə Monakoda keçirilmiş Fransa Qran Prisində qalib gələn Bugatti Type 51 modelinə həsr etsə də, onu Sinqapul şəhər-dövlətinin bayrağının rənglərində bəzəməyə üstünlük verib. Bugatti Chiron Pur Sport modeli 60 nüsxəlik tirajla buraxılacaq və modelin başlanğıc qiyməti 3 000 000 avrodur.

Hiperkar əsas Blanco ağ rəngi və qırmızı Grand Prix Red rəngində aksentləri, həmçinin rənglənməmiş karbonplastikdən elementləri olan ikirəngli tərtibata malikdir. Avtomobilin yan tərəflərində klassik Bugatti Type 51 modelinə istinad edən əllə çəkilmiş yarış nömrələri - 32 rəqəmi ilə bəzədilib. Bundan başqa, ön fənərlərdən arxa tərəfə qədər uzanan qırmızı dekorativ zolaq da var.

Təkrarlanan EB hərflərindən ibarət olan pattern dağınıq şəkildən vahid naxışa keçir - hər bir monoqramın kuzova əl ilə çəkildiyi xüsusi vurğulanır. Boyanmamış karbonplastikdən hazırlanmış antiqanadda qırmızı Bugatti yazısı həkk olunub, mühərrik qapaqları isə qırmızı karbondan hazırlanıblar. Xüsusi Chiron Pur Sport hiperkarı qara dəri və qırmızı elementlərlə tamamlanan alkantara ilə üzlənmiş salonu alıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pur Sport versiyasının əsas xüsusiyyəti şassi və transmissiyanın xüsusi tənzimləmələri, güc qurğusunun idarəetmə blokunun özünəməxsus proqram təminatı, təxminən iki metr uzunluğunda sabit antiqanad, habelə əyləc qəliblərinin titandan hazırlanmış dəstək lövhələri və eyni materiladan olan çıxış boruları kimi bir çox yüngül komponentləridir. Texniki hissə adi Bugatti Chiron ilə eynidir – 1500 at qüvvəli 8,0-litrlik W16 mühərriki, 7-pilləli “robot” və tam ötürmə sistemi.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.