Fransız hiperkar istehsalçısı olan Bugatti şirkəti və məşhur amerikan Gillette markası Special Edition Heated Razor üzqırxanını hazırlayıblar. Əslində bu üzqırxan, 2018-ci ildən bəri buraxılan beş bıçaqlı qızdırılan modelin alüminium və sinkdən hazırlanmış dəstəyi olan versiyasıdır. Üzqırxan Chiron Pur Sport hiperkarının rəng palitrasındakı Bugatti Agile Bleu mavi rənginə boyanır. Əlbəttə ki, üzqırxan Bugatti loqotipləri ilə də bəzədilib.

Bugatti Special Edition Heated Razor üzqırxanı hər bir təraşın müstəsna olacağını vəd edir. “Hər bir Bugatti idarəetmədən alınan misilsiz hissiyyatı tərənnüm etdiyi kimi, bu ultra həssas üzqırxan yalnız təraş üçün deyil, həm də evdəki təraşdan dəbdəbəli hissiyatı əldə etmək üçün yaradılmışdır”, -  P&G Grooming şirkətinin Baş direktoru Qəri Kumb bildirib.

“Bugatti markası məhsuldarlıq, inqilabi dizayn və üstün keyfiyyətlə yanaşı, mükəmməlliyə olan ehtirası təcəssüm etdirir. Gillette markası da eyni dəyərləri bölüşür”, -  Bugatti şirkətinin İcraçı direktoru Vibke Ştal əlavə edib. “Buna görə də, dünyanın şəxsi qayğı məhsulları sahəsindəki aparıcı şirkəti ilə işləməkdən məmnunuq”. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bugatti Special Edition Heated Razor üzqırxnı sentyabr ayının sonuna qədər satışa çıxarılacaqdır. Dəstə təraş bıçağı, simsiz yükləmə cihazı, iki dəyişdirilən katric, təmizləyici salfet və cərəyan doldurma cihazı daxildir. Üzqırxanın qiyməti hələlik açıqlanmayıb, lakin onun heç də ucuz olmayacağını güman edirik.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.