Bugatti şirkətinin W16 turbomühərriki (1600 at qüvvəsi, 1600 Nm) olan vida modeli 453,91 km/saat sürətini yığmağa müvəffəq olub! Rekord Almaniyanın Papenburq şəhərindəki trekdə qeydə alınıb, rekord gedişi zamanı Bugatti hiperkarını zavod pilotu Endi Uolles idarə edib.
Maraqlıdır ki, spayderin pasport üzrə maksimal sürəti böyük ehtiyatla göstərilib - “cəmi” 420 km/saat. Açıq modellər arasında əvvəlki rekord amerikan hiperkarı - Hennessey Venom GT Spyder modelinə (427,4 km/saat) məxsus olub.2016-cı ildə qeydə alınan rekord bu günə qədər keçilməmişdi
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.