Dünən Buick markası gələcək elektromobillərin dizayn üslubunu nümayiş etdirən konseptlər seriyasını göstərib. Lakin dəbdəbəli Wildcat EV kupesinin brendin amerikan xəttinə təsir göstərmək şansı varsa, Electra-X krossoveri Çin bazarı üçün batareyalı avtomobillərin növbəti nəslinin müjdəçisidir. Krossover dörd oturacaqlı salonu, 30-düymlük genişformatlı 6K displeyini və qabaqcıl səs köməkçisini əldə edib.
Kupeşəkilli Buick Electra-X konsepti, SAIC Motor və General Motors şirkətlərinin bərabər şəkildə sahib olduğu Pan-Asiya Texniki Avtomobil Mərkəzi (PATAC) tərəfindən hazırlanıb. Ultium platformasına əsaslanan konsept Çin bazarı üçün nəzərdə tutulmuş yeni nəsil elektrmobillərin carçısıdır.
Avtomobilin görünüşü Pure dizayn konsepsiyasına uyğun hazırlanıb, ümumən isə, Wildcat EV konsept avtomobilində tətbiq olunan həllərdən də istifadə edilib.
Gələcəkdə Buick mürəkkəb xətlərdən imtina edəcək, səthlər bir-birinə keçəcək və hərəkət illüziyası yaradacaqdır. Electra-X konseptinin əzəmətli formalarını “parladılmış ağ metallik” rəngi və aerodinamik dizaynlı 21-düymlük təkər diskləri vurğulayır.
Trapesiyaşəkilli barmaqlığı, qıyıq fənərlər və sıraya düzülmşü üç firma qalxanı brendin bütün gələcək modellərinin məcburi atributuna çevriləcəkdir.
Buick Electra-X konseptinin salonu dörd nəfər üçün nəzərdə tutulub. Kokpit Wildcat EV bənzər şəkildə tərtib edilib. Sürücünün qarşısında 30-düymlük genişformatlı 6K displey var. Əsas funksiyaları idarə etmək üçün mərkəzi konsoldakı dirsəkaltısına əlavə displey inteqrasiya olunub.
Multimedia ən yüksək səviyyəli SA8155P çipi olan Qualcomm platformasında işləyir, 5G şəbəkələrini və “havadan” yeniləmələri dəstəkləyir. Ona quraşdırılmış səs köməkçisi təxminən 50 əmri başa düşür - naviqasiyanı işə salmaqdan tutmuş oturacaqların mövqeyini seçməyə qədər.
Konseptin oturacaqları təkrar emal edilmiş plastik şüşlərdən hazırlanmış 3D toxuması olan parça ilə üzlənib. Avadanlıq siyahısına Super Cruise avtomatlaşdırılmış idarə etmə sistemi və rəqəmsal açar (adi açarın əvəzinə smartfondan istifadə etmək olar) daxildir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.