Keçən yaz Buick şirkəti plagin hibridlərə üstünlük verən və belə avtomobillər üçün perspektivli Xiao Yao platformasını ehtiva edən yeni elektrikləşdirmə strategiyasını açıqlamışdı. İndi isə, amerikan brendi bu platformada istehsal olunan ilk seriya modeli nümayiş etdirib – bu, Çindəki model çeşidinin flaqmanı olacaq böyük Buick Electra L7 sedanıdır.

Həm platforma, həm də avtomobil SAIC-GM birgə müəssisəsinə məxsus olan PATAC (Pan Asia Technical Avtomotive Center) tərəfindən hazırlanıb. Yenilik barədə məlumat az olsa da, əsas detallar artıq məlumdur.
Yeni sedanın uzunluğu 5032, eni - 1952, hündürlüyü isə, 1500 millimetrdir. Bir sözlə, Electra L7 hazırda yalnız Çində istehsal olunan daxili yanma mühərrikli Buick LaCrosse modelindən daha böyükdür. Təkər bazasının ölçüsü 3000 millimetrdir, ön tərəfin dizaynı isə, bir neçə ildir Buick avtomobilləri üçün istifadə olunan korporativ Pure üslubunda hazırlanıb.

Buick Electra L7 ardıcıl hibrid sistemlə təchiz olunub: SAIC GM tərəfindən istehsal olunan 1,5-litrlik turbomühərrik (156 at qüvvəsi) yalnız litium-ion dartma batareyasını (tutumu hələlik dəqiqləşdirilməyib) doldurmaq üçün generator kimi işləyir.
343 at qüvvəsli yeganə dartma elektrik mühərriki arxa oxda quraşdırılıb, baxmayaraq ki, Xiao Yao platforması istənilən növ ötürməsi olan avtomobilləri yaratmağa imkan verir. Boş çəkisi 2105 kiloqram olan sedan maksimaı sürəti 200 km/saatdır.

Hibridin interyeri hələlik nümayiş etdirilməyib, lakin onun “ümumçin” üslubunda (böyük ekranlar və minimum düymələr dəsti ilə) olacağı aydındır. Təqdimat şəkillərində avtomobilin Avenir firma indeksini ilə işarələnən top versiyası göstərilir.
Belə versiyanın xüsusiyyətləri - genişləndirilmiş xrom dekor, panoram dam, 19-düymlük təkər diskləri və zəngin interyer tərtibatıdır. Xiao Yao platforması həmçinin pnevmatik asqını da təklif edir, lakin Electra L7 modeli üçün bu asqı hələlik təsdiqlənməyib.

Lakin sedanda hazırlanmasında Çin şirkəti Momenta tərəfindən hazırlanmış ikinci səviyyəli qabaqcıl avtopilot mütləq olacaq. Sistemə damdakı lidar (Buick avtomobillərində ilk dəfə) daxildir, nəzarətə isə, yeni arxitekturaya və süni intellekt dəstəyinə malik olan Qualcomm 8775 çipi cavabdehdir.
Sedanın eksteryerində avtomobilin avtopilotda hərəkət etdiyini ətrafdakı hərəkət iştirakçılarına bildirən xüsusi işıqları var.
Buick Electra L7 sedanının tam premyerası yaxın gələcəkdə baş tutmalıdır, çünki yazda Buick şirkəti bir il ərzində Xiao Yao platformasında altı yeni modeli buraxmağa söz verib. Lakin belə Buick avtomobilləri brendin doğma vətəni Amerikada satılmayacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.