Müasir avtomobil bazarı krossoverləri inanılmaz həcmdə qəbul edir, buna görə də onların sayı heç zaman kifayət qədər olmayır - hətta Çində belə. Bu səbəbdən də, Buick markası Çində satdığı model çeşidinə yeni krossoveri əlavə edib. Yeni Buick Envision Plus modeli Envision S və Enclave modelləri arasında yer alır. Əslində, bu sadəcə uzadılmış Envision S modelindən başqa bir şey deyil. Yeni krossover hətta üçüncü oturacaqlar cərgəsinə də malik deyil: salon beş nəfərlik olaraq qalır.
Standart Envision S modeli ilə müqayisədə, Plus versiyası 54 millimetr genişləndirilmiş təkər bazasına (2833 millimetr), habelə tamamilə fərqli dizaynı və artırılmış çıxışı olan arxa hissəyə malikdir. Nəticədə, krossoverin ümumi uzunluğu 183 millimetr artaraq 4845 millimetrə çatıb.
Arxa qapılar daha geniş olub, yan tərəfdə əlavə "baqaj" pəncərələri quraşdırılıb və avtomobilin profildən daha həmahəng görünməsi üçün, onun hündürlüyü 64 millimetr (1695 millimetr) artırılıb. Modelin “üzü” də dəyişdirilib: indi daha böyük radiator barmaqlığı və fərqli ön bamper quraşdırılır.
Digər Buick modelləri kimi, yeni Envision Plus modeli də Avenir zəngin top versiyasında təklif olunur. Dəbdəbəli modelin xüsusiyyətləri - salonun ağac sponundan dekoru, başqa radiator barmaqlığı, 20-düymlük təkər diskləri və matrisa fənərləridir. Eyni zamanda, istənilən Buick Envision Plus modeli 10-düymlük ekrana sahib olan media sisteminə malikdir. Opsiyalar arasında proyeksiya ekranı, adaptiv kruiz-kontrol və avtoparklayıcı da var.
Güc aqreqatı baza krossoveri ilə eynidır, ancaq bir nüans var - 237 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrik, hərəkət başlayan zaman və sürətlənmənin ilk saniyələrində ona kömək edən 48 voltluq startyor-generatoru ilə tamamlanır. Transmissiya - doqquz pilləli "avtomatdır". Krossoveri ön və ya tam ötürmə ilə sifariş etmək olar.
Uzanbazalı Buick Envision Plus modeli yalnız Çin bazarı üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, standart Envision S modeli də buradan markanın doğma bazarı sayılan ABŞ-a göndərilir. Çində qısa bazalı krossover 34 - 40 min dollara arasında qiymətlər ilə satılır, amma uzunbazalı versiya daha bahalı olacaqdır.