Yeni dizayn üslubuna və yenilənmiş loqoya malik olan ilk Buick seriya modeli Çində təqdim edilib - bu Buick GL8 Century minivenidir. Yəni, bu öz sinifdə ən populyarlar minivenlərdən biri olan Buick GL8 modelinin (keçən il 170 min avtomobil satılıb) dördüncü nəsli debt edib. Yeni model Buick Century minik avtomobilinin adını alıb: Amerikada bu addan 1936-2005-ci illərdə (qısa fasilələrlə), Çində isə 1998-2008-ci illərdə istifadə edilib.

Yeni korporativ üslubuna xas olan əsas xüsusiyyət, yüngül mənfi mailliklə quraşdırılmış radiator barmaqlığının geniş “ağzı” olan köpəkbalığı burnu formalı ön tərəfdir. Üçüncü nəsil minivenlə müqayisədə, GL8 Century modelinin təkər bazası 3088-dən 3130 millimetrə, uzunluğu 5188-dən 5230 millimetrə, eni isə 1878-dən 1980 millimetrə qədər artırılıb. Minivenin hündürlüyü 1867 millimetrdir. Texniki təfərrüatlar hələ açıqlanmayıb və dərc edilmiş şəkillərin sayı çox azdır. Yeganə məlum olan fakt- Çin bazarında iri həcmi mühərriklərin təklif edilməyəcəyidir.

Soldan sağa: Buick GL8 Century, Buick GL8 Legacy və Buick GL8 ES

Çeşiddə müxtəlif konfiqurasiyalar olsa da, indi yalnız Avenir top versiyasının interyeri göstərilib. O, quraşdırılmış televizoru olan tamölçülü arakəsməyə və arxada VIP sərnişinlər üçün nəzərdə tutulmuş iki dəbdəbəli kresloya malikdir. Onların arasında mediasistemi və klimat-kontrolu idarə etmək üçün nəzərdə tutulmuş ayrıca sensorlu ekran var. Bundan başqa, oturacaq başlıqlarda dinamikləri olan Bose səs sistemi də mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Buick GL8 Century modelinin tamölçülü təqdimatı bir neçə aydan sonra baş tutacaq, satışları isə, bu ilin sonuna qədər başlayacaqdır. Üstəlik, müxtəlif qiymət seqmentlərində çıxış edən GL8 Legacy (ikinci nəsil) və GL8 ES (üçüncü nəsil) modelləri də çeşiddə qalacaqlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.