Kapitallaşma üzrə ən böyük şirkətlərin reytinqi dərc edilib - onların bazar dəyəri, səhmlərin sayının onların cari qiymətinə vurulması ilə hesablanır. Avtomobil istehsalçıları arasında siyahıya 728,8 milyard dollarlıq kapitallaşma ilə Tesla şirkəti başçılıq edir. İkinci pillədə Toyota (228,9 milyard dollar), üçüncü yerdə isə Almaniyanın Volkswagen konsernini (117,6 milyard dollar) ötməyi bacaran Çinin BYD (128,8 milyard dollar) şirkəti qərarlaşıb.
Qeyd edək ki, BYD bu ilin fevralında elektrikləşdirilməmiş avtomobillərin istehsalını mərhələli şəkildə dayandırdığını elan edib və artıq bütün diqqətini hibrid və elektrik avtomobillər xəttinin inkişafına yönəldib.
Eyni zamanda, BYD tədarükçülərdən demək olar ki, tamamilə avtonom şəkildə fəaliyyət göstərən unikal bir şirkətdir. Onun müəssisələrində həm batareyalar, həm də mikroelektronika istehsal edilir. Qeyd etmək gərəkdir ki, sonuncu komponentin çatışmazlığı onun tədarükündən asılı olan qlobal avtomobil istehsalçılarına zərər verməyə davam edir. BYD şirkətinin əsas fəaliyyəti Çində həyata keçirir, bununla belə, həmçinin Norveç və Cənubi Amerikanın bir sıra ölkələrində avtomobil satır.
Reytinqdə yer alan digər şirkətlərə gəlincə, keçən il Tesla kapitallaşmanın cəminə görə Toyota, Volkswagen, Daimler və General Motors konsernlərini qabaqlayıb.
Son reytinqdə General Motors 54,8 milyard dollarla cəmi yeddinci, Mercedes-Benz (77,3 milyard dollar) və BMW (58,17 milyard dollar) isə müvafiq olaraq, beşinci və altıncı yerlərdə qərarlaşıblar. İlk onluğu Ford (53,5 milyard dollar), Stellantis (46,3 milyard dollar) və Honda (43,4 milyard dollar) tamamlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.