BYD şirkəti Corvette 07 adı ilə də tanınan Frigate 07 hibrid krossoverini təqdim etməyə hazırlaşır. Onun prototipi keçən il X Dream adı ilə nümayiş etdirilib. Daha sonra isə, yerli Sənaye Nazirliyinin məlumat bazasında seriya versiyasının şəkilləri peyda olub, casuslar isə, onun kamuflyaja bürünmüş interyerinin şəkillərini dərc ediblər.

İndi isə, ölçülərinə görə Kia Sorento modeli ilə müqayisə olunan avtomobil üzərindəki sirr pərdəsi tamamilə qaldılırıb - Çin istehsalçısı güc qurğusunun xüsusiyyətləri və yürüş ehtiyatı də daxil olmaqla bütün təfərrüatlatı açıqlayıb.

BYD Frigate 07 modelinin uzunluğu 4820 millimetr, eni - 1920 millimetr, hündürlüyü - 1750 millimetr, təkər bazası isə 2820 millimetrdir

BYD Frigate 07 (və ya çincə Huweijian) Warship xəttindəki Destroyer sedanı (“Eskadra minadaşıyıcısı”), Cruiser krossoveri (“Kreyser”) və Landing Ship (“Desant Gəmisi”) kompaktveninə qoşulacaqdır. Üstəlik, Çin istehsalçının planlarında bir neçə “Freqat” var və 07 onların ən böyüyü olacaqdır.

Krossover qaldırılmış pəncərəaltı xəttinə, perimetr üzrə plastik kuzov dəstinə və yan tərəflərdə gündüz hərəkət işıqlarının “şəlaləsi” olan böyük radiator barmaqlığına sahib olub. Qapı tutacaqları kuzovda gizlədilib, təkər disklərinin ölçüsü artıq “bazada” 19 düymdür.

Salonda rəqəmsal cihazlar panelini və multimedia sisteminin 15,6-düymlük displeyini görmək olar. Sonuncu fırlanan mexanizmlə təchiz edilib: displeyi üfüqidən şaquli istiqamətə və əksinə fırlatmaq olar. Başqa bir qeyri-adi həll - yuvarlaqlaşdırılmış qapı tutacaqlarıdır.

Krossover iki güc aqreqatı ilə təklif ediləcəkdir - DM-i (Dual Mode intelligent) və DM-p (Dual Mode performance). Baza krossoveri 139 at qüvvəli 1,5-litrlik turbomühərrik və ön oxda quraşdırılmış 197 at qüvvəli elektrik mühərriki ilə təchiz edilir. Ötürmə - ön oxadır.

Daha güclü DM-p versiyasında ön mühərrikə arxa oxda quraşdırılan 204 at qüvvəli elektrik mühərriki əlavə edilir. Belə güc qurğusunun ümumi hasilatı 401 at qüvvəsinə çatır. Aşağı sürətlərdə təkərləri elektrik mühərrikləri hərəkətə gətirirlər, daxili yanma mühərriki isə, batareyanı doldurmaq üçün generator rolunu oynayır. Yalnız yüksək sürətlərdə elektronika onu ön təkərlərə qoşur.

Tamötürməli versiya yerindən 100 km/saata sürətlənməyə 4,7 saniyə sərf edir, krossoverin hər iki versiyasının maksimal sürəti isə 180 km/saatdır. Blade litium-dəmir-fosfat batareyası sırf elektrik ötürməsi ilə təxminən 200 kilometr məsafə qət etməyə imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BYD artıq Frigate 07 modelinin istehsalına start verib və buna görə də, onun Çindəki satışlarına tezliklə başlanmalıdır. Krossoverin qiymətinin 220-280 min yuan (52 - 66 min manat) arasında olacağı gözlənilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.