Çinin ən böyük elektromobil istehsalçılarından olan BYD Avropadakı fəaliyyətini gücləndirmək üçün növbəti diqqətçəkən addım atıb. Macarıstanın sabiq xarici işlər və xarici ticarət naziri Peter Siyarto (Péter Szijjártó) artıq Çin konserninin heyətinə qoşulub. O, beynəlxalq əlaqələr və yeni biznes istiqamətlərinin inkişafına cavabdeh olacaq.
BYD son illər yalnız mühəndis və dizaynerləri deyil, həm də yüksək vəzifəli dövlət rəsmilərini cəlb etməklə qlobal ekspansiyasını sürətləndirir. Şirkətin Avropadakı əsas dayaqlarından biri məhz Macarıstandır. Burada elektromobil zavodunun tikintisi davam edir, Budapeştdə isə BYD-nin Avropa qərargahı və elmi-tədqiqat mərkəzinin yaradılması planlaşdırılır.
Qeyd edək ki, Macarıstan hökuməti ölkəni Çin investisiyaları üçün Avropanın əsas mərkəzlərindən birinə çevirməyi hədəfləyir. Hazırda BYD ilə yanaşı, CATL, EVE Energy və Sunwoda da ölkədə akkumulyator istehsalı müəssisələri qurur.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.










