Bu il BYD konserni avtomobil istehsalına başlamasının 20 illiyini qeyd edir. 2003-cü ildə BYD Auto bölməsinin ilk modelini - Suzuki Alto modelinə əsaslanan son dərəcə sadə və ucuz Flyer hetçbekini buraxıb. Əslində adı Qinchuan QCJ7081 olan model ilə birlikdə Xian Qinchuan avtomobil zavodu da BYD şirkətinin mülkiyyətinə keçib. İyirmi il əruzndə BYD uzun bir yol qət edib, Çin bazarında iri oyunçuya çevrilib və tədricən elektromobillərinin ixracını artırır. Yubiley ilində, şirkətin fəaliyyətə başladığı ən kiçik avtomobillər seqmentinə geri qayıtması da simvolikdir.
A+ sinifindən olan yeni modeli BYD Seagull (yəni “Qağayı”) adlanır və “okean” seriyasından olan elektromobillər ailəsinə daxildir. Əslində, bu, Çində çox böyük tələbata malik olan BYD Dolphin (ayda 25.000 ədəd satılır) modelinin kiçildilmiş və sadələşdirilmiş versiyasıdır, çünki onların ümumi e3.0 platforması, vahid qovşaqları və vahid dizayn ideyası birləşdirir.
BYD Seagull tanıdığımız Kia Picanto və ya Chevrolet Spark modellərindən daha böyükdür: onun uzunluğu 3780, eni -1715, hündürlüyü isə, 1540 millimetrdir. Hetçbekin təkər bazasının ölçüsü 2500 millimetrdir. Onun təchizatına 15 və ya 16 düymlük təkər diskləri, tam LED işıq texnikası var.
BYD Seagull modelinin interyer demək olar ki, böyük qardaşlarındakı ilə eyni tərtibata malikdir, lakin detallarda o daha sadədir. Sürücünün qarşısında beş düymlük cihazlar paneli quraşdırılıb, media sisteminin isə 10,1 düymlük ekranı var.
Ön panelin mərkəzində yerləşdirilmiş düymələrin arasında transmissiyanın idarə edilməsinə cavabdeh olan kiçik baraban da var. Avtomobilin təchizatına kondisioner və kruiz-kontrol da daxildir. İkinci cərgədə rəvan döşəmə var, lakin burada yalnız iki oturacaq quraşdırılıb. Arxa divanın kürək hissəsi bütövlükdə qatlanır və bu halda baqajın həcmi 930 litr təşkil edir.
BYD Seagull 75 at qüvvəsi və 135 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə hərəkətə gəlir. Ötürmə - ön oxadır. Seçmək üçün Blade ailəsindən olan iki litium-dəmir-fosfat dartma batareyası var. Onların tutumu 30,08 kilovat/saat və 38,88 kilovat/saatdır. Pasport üzrə yürüş ehtiyatı, müvafiq olaraq, 305 və 405 kilometr təşkil edir.
Əvvəllər 30,7 kilovat/saatlıq batareya BYD Dolphin hetçbekinin baza versiyasında quraşdırılırdı, lakin bu yaxınlarda onu ehtiyatlı şəkildə çeşiddən çıxarıblar. Hazırda çeşiddə yalnız 44,9 kilovat/saatlıq batareya qalıb. “Qağayı”nın maksimal sürəti 130 km/saatdır.
BYD Seagull modelinin kütləvi təqdimatı gələn həftə işinə başlayacaq Şanxay avtosalonunda keçiriləcəkdir. Onun satışlarına isə yazın sonuna qədər başlanmalıdır. İlkin məlumata görə, kiçik hetçbek 12-15 min dollara başa gələcəkdir. Xatırladaq ki, Dolphin modelinin satış qiyməti 17 min dollardan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.