BYD şirkəti bu yaxınlarda sərfəli qiymətə malik olan iki seriya modelini təqdim edib - yığcam BYD Yuan UP elektrik krossoveri və BYD Qin L hibrid sedanı. Bununla belə, BYD şirkəti Pekin avtosalonu üçün daha bir maraqlı eksponatı hazırlayıb - bu, möhtəşəm BYD Ocean-M hetçbekidir.

Ocean-M hələlik sadəcə bir konseptdir, lakin bir neçə il əvvəl BYD Seal sedanına həyat vermiş Ocean-X konsepti kimi, o da tezliklə seriya modelinə çevriləcək. Yeni Ocean-M özünün parlaq və hətta iddialı görünüşü ilə seçilir: təzadlı rəng, arxa tərəfdəki iki hissəli iri antiqanadı olan aqressiv aerodinamik kuzov dəsti. 

Alfa Romeo üslubunda dizayna malik olan təkər diskləri də diqqəti cəlb edir. Ola bilər ki, bütün bunlar sadəcə sərgi üçün hazırlanmış elementlərdir, lakin güclü MG 4 XPower və Volkswagen ID.3 GTX hetçbekləri ilə adekvat rəqabət aparmaq üçün belə dəstə böyük ehtiyac var.

Üstəlik, yan güzgüləri əvəzləmiş arxa görüntü kameraları da seriya modelinə köçürülə bilərlər - artıq belə avadanlıq Çin avtomobillərində adi bir hala çevrilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mülki forma “geyinəcək” BYD Ocean-M hetçbeki məşhur Dolphin və Seal modelləri arasında yerləşəcək. O, əsas arxa ötürməsi olan modul elektrik platformasında inşa edilib. Güclü elektrik mühərrikləri və həyəcanverici idarəetmə vəd olunub, lakin şirkət nümayəndələri texniki hissə barədə hələlik heç bir məlumat verməyiblər.

Lakin onlar cazibədar (hətta Çin bazarı üçün) qiymət diapazonu vəd edirlər: 150 - 200 min yuan (20-28 min dollar) arasında. Belə rəqabətcil qiymət Avropa qitəsində də faydalı ola bilər, çünki BYD indi öz elektromobillərinin ixracını genişləndirmək yollarını axtarır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.