Bir il bundan öncə Alfa Romeo və Audi şirkətlərinin keçmiş şef-dizayneri Volfqanq Eggeri dəvət edən BYD şirkəti model cərgəsinin sürətli yenilənməsinə başlayıb. Markanın bütün müasir avtomobillərinin çöhrəsində Eggerin Dragon Face üslubunun izləri vardır. Yeganə çatmayan şey markanın nailiyyətlərinin nümunəsi olacaq parlaq və xarizmatik bir avtomobilin mövcudluğudur. Şanxayda keçirilən avtosalonda BYD belə avtomobilin örnəyini göstərib.
BYD E-Seed GT konsepti «qağayı qanadları» üslubunda iri ölçülü yuxarı qalxan qapılara və 22-düymlük təkər dsiklərinə malik olan 4590 millimetrlik dördyerli superkardır. Konseptin alçaq silueti optik aldatmacadır - superkarın hündürlüyü 1490 millimetrdir, yəni onun hündürlüyü ortaölçülü adi minik avtomobilləri ilə eynidir.
E-Seed GT hibrid güc qurğusuna malikdir. Güc aqreqatının əsasını güclü elektromotorlar ilə tamamlanmış 2,0-litrlik turbomühərrik təşkil edir. Lakin, şirkət superkarın 100 km/saat həddinə sürətlənməsi vaxtını açıqlayıb - 2,9 saniyə.
Bu cəsarətli superkarın seriyaya gedəcəyi barədə heç bir məlumat verməyib, lakin BYD şirkətinin imkanları belə bir hibridin istehsalını başlamağa kömək edə bilər.