Çin avtomobil istehsalçısı olan BYD Auto şirkəti yaxın günlərdə fəaliyyətə başlayacaq Şanxay avtomobil sənayesi sərgisində yeni konseptual krossoveri təqdim edəcəkdir. Bunun rəsmi təqdiqi olaraq konseptin tizerləri dərc edilmişdir.

Bununla yanaşı, Çin istehsalçısı konsept haqqında olan məlumatı gizli saxlamağa üstünlük vermişdir. İstehsalçının mətbuat xidməti bu prototipin BYD markasının gələcək dizayn ülubunun hansı istiqamətində inkişaf edəcəyindən xəbər verdiyini bildirməklə kifayətlənmişdir. Eskizlərdən də göründüyü kimi, protoip tamamilə işıqdiodlarından hazırlamış işıq texnikasına və müasir dizayna malikdir.

Bundan başqa, avtomobilin əlavə müdafiə qurşağı və iri ölçülü disklər ilə təchiz edildiyini görmək olar. Prototipin hibrid güc aqreqatı ilə təchiz ediləcəyi də istisna edilmir.  

Çin kütləvi-informasiya vasitələri bu prototipin yeni nəsil Tang modelinin carçısı olduğunu bildirilər. Seriya krossoverinin gələn il debüt edəcəyi ehtimal olunur.  

Image alt Image alt Image alt